XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2020 - 09:54

Pentaqon hərbçilərini Somalidən çıxarmağa başlayıb:"Amerikalı hərbçilər Şərqi Afrikadakı digər bazalara yerləşdiriləcək"

Amerika qoşunlarının Somalidən çıxarılması və Şərqi Afrikadakı digər bazalara köçürülməsinə başlanılıb.

Bu barədə “CNN” məlumat yayıb.

ABŞ qoşunlarının Afrikadakı komandanı, general Stiven Taunsend deyib ki, artıq amerikalı hərbçilərin Somalidən Şərqi Afrikadakı digər bazalara yerləşdirməsi ilə bağlı müvafiq əmr verib.

Qeyd edək ki, ABŞ hərbçiləri 2017-ci ildə terrorçuluğa qarşı mübarizə çərçivəsində ölkə prezidenti Donald Tramp tərəfindən Somaliyə göndərilib. Hazırda Somalidə əsasən xüsusi təyinatlılardan ibarət 700 ABŞ hərbçisi var.