XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

20 Dekabr 2020 - 10:38

Donald Tramp koronavirusla bağlı qapanmalara etiraz etdi:"Biz qapanmaları istəmirik"

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni koronavirus növü ilə əlaqədar olaraq ABŞ-da qapanmaların tətbiq olunmasına qarşı çıxıb.

Bu barədə D.Tramp öz “Twitter” səhifəsində yazıb.

ABŞ prezidenti öz səhifəsində Britaniyanın Baş naziri Boris Consonun pandemiya səbəbindən ölkənin bir çox bölgəsində maksimum məhdudiyyətlərin tətbiq edilməsi barədə elanı paylaşaraq şərh yazıb:

“Biz qapanmaları istəmirik. Problemin həlli problemin özündən pis ola bilməz”.

Xatırladaq ki, Londonda və Böyük Britaniyanın bir sıra digər bölgələrində koronavirusun yayılması səbəbindən dördüncü səviyyəli məhdudiyyətlər tətbiq olunacaq.