İsrail Dövlətinin Prezidenti Reuven Rivlin yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunub.
Bu barədə İsrailin dövlət başçısının dəftərxanası bildirib.
Qeyd edək ki, artıq İsrailin Baş naziri Binyamin Netanyahu Təl-Əviv yaxınlığındakı Ramat-Qan şəhərindəki “Tel xa-Şomer” hospitalının tibbi mərkəzində ABŞ-ın “Pfizer” şirkətinin preparatı ilə peyvənd edilib.