XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

20 Dekabr 2020 - 18:51

Bir neçə Avropa ölkəsi Böyük Britaniya üçün qapılarını bağlayır –Səbəb

Bir neçə Avropa ölkəsi Böyük Britaniya ilə nəqliyyat əlaqələrini bağlamaqla bağlı qərar qəbul edib.

Bu qərar Böyük Britaniyada koronavirusun yeni mutasiyasının aşkar olunması ilə bağlıdır.  

Niderland hökuməti 1 yanvara kimi oradan gələn təyyarələri qəbul etməyəcək. Qərar bu gün səhərdən qüvvəyə minib. Hökumət nümayəndələri açıqlayıb ki, bu qərar müvəqqətidir, hələ ki, virusun yeni mutasiya forması üzərində araşdırma aparılır.

Belçika da Niderlandın ardınca Böyük Britaniya ilə sərhədləri bağlayıb.

İtaliya da adı çəkilən ölkələrdən nümunə götürüb. Bu barədə ölkənin xarici işlər naziri Luigi Di Maio məlumat verib.  /APA