Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 824 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 209 462, ölənlərin sayı isə 2 140 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 184 668 nəfərin sağaldığı bildirilir. (apa)