XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 00:10

Fuat Oktay:“Artıq səhhətim normaldır”

“Bu gün yorğunluq və yuxusuz qalma səbəbi ilə anidən bir narahatlıq keçirdim. Həmd olsun, artıq səhhətim normaldır”.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay özünün “Twitter” səhifəsində yazıb.

“Başda cənab Prezidentimiz, Səhiyyə nazirimiz olmaqla telefonla zəng edib, mesaj yazıb  səhhətimlə maraqlananların, sosial media üzərindən dualarını, diləklərini əsirgəməyənlərin hər birinə ürəkdən təşəkkür edirəm”, deyə F.Oktay bildirib.

Qeyd edək ki, dekabrın 21-də Ankarada Kiber Təhlükəsizliklə bağlı keçirilən simpoziumda çıxış edərkən qəflətən özünü pis hiss edən F.Oktaya mühafizəçiləri yaxınlaşıb, səhnənin işıqları söndürülüb, pərdələri qapadılıb və onu səhnədən uzaqlaşdırıblar. Bir müddət sonra F.Oktay tədbirin davam etməsi üçün təkrar səhnəyə gələrək həkimlərin müdaxiləsi nəticəsində səhhətinin normallaşdığını bildirib.

Həkimlər vitse-prezidentə istirahət tövsiyə etdikləri üçün, F.Oktay evinə gedib. (apa)