XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 13:24

Tramp Konqres üzvləri ilə seçkidəki saxtakarlıqları müzakirə edib –Açıqlama

ABŞ-ın hazırkı Prezidenti Donald Tramp bir sıra Konqres üzvləri ilə 3 noyabr seçkisinin nəticələrini tanımamaq prosesini müzakirə edib.

Bu barədə Ağ Evin Aparat rəhbəri Mark Medouz “Twitter” səhifəsində yazıb.

“Konqresin bir neçə üzvünün seçkidəki saxtakarlığa dair artan sübutlar fonunda mübarizə aparmağa hazırlaşarkən ABŞ Prezidenti Donald Trampla Oval kabinetdəki görüşü yenicə başa çatdı. Bizimlə qalın”, – Ağ Evin əməkdaşlar aparatının rəhbəri bildirib.

Xatırladaq ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də keçirilib. Dekabrın 14-də seçənlər kollegiyası səsvermənin nəticələrini təsdiqləyib. Səsvermənin nəticələrinə görə, demokrat Cozef Bayden yeni dövlət başçısı olacaq.

Ancaq Tramp məğlubiyyətini etiraf etmək istəmir və bir sıra ştatlarda səslərin yenidən sayılması tələbi ilə məhkəmələrə müraciət edir/Report.