XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 13:13

Fransa, Almaniya və İsveç diplomatları Rusiya XİN-ə çağırılıblar –Səbəb

Fransa, İsveç və Almaniyanın Rusiyadakı səfirliklərinin diplomatları bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

“RİA Novosti”nin verdiyi xəbərə görə, Fransanın Rusiyadakı səfiri Pierre Levi, İsveç səfirliyinin nümayəndəsi və Almaniya səfirinin müavini Beate Qjeski Rusiya XİN-ə dəvət olunublar.
Bildirilib ki, diplomatlar Avropa İttifaqının Rusiyaya tətbiq etdiyi sanksiyalar və Rusiyanın müxalifət liderlərindən olan Aleksandr Navalnının zəhərlənməsi məsələsi ilə əlaqədar çağırılıblar/APA.