XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 21:39

Gürcüstan MN:"Kəşfiyyat və döyüş PUA-ları alacağıq"

“2021-ci ildə Gürcüstan operativ, taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları alacaq”.

Bu barədə ölkənin müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili parlamentdə dinləmələr zamanı bildirib.

O deyib ki, manevr və artilleriya bölmələri müasir uçuş texnikaları ilə təchiz olunacaq, radioelektron və kəşfiyyat-müşahidə aparat və vasitələri hazırlanacaq.

İ.Qaribaşvili gələn il müasir daşınan zenit-raket sistemlərinin də alınmasının planlaşdırıldığını qeyd edib/Report.