XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 18:58

Müdafiə naziri:"ABŞ Gürcüstanı əlavə “Javelin”lərlə təmin edəcək"

“Gürcüstan 2021-ci ildə ABŞ-dan əlavə tank əleyhinə “Javelin” raket qurğuları partiyası almağı planlaşdırır”.

Bunu ölkənin müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili deyib.

Onun sözlərinə görə, ölkənin Müdafiə Qüvvələri son illərdə bir partiya “Javelin” əldə edib.

Qeyd edək ki, Gürcüstan “Javelin” sistemlərinin ilk partiyasını 2018-ci ildə alıb/Report.