XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Dekabr 2020 - 23:32

Britaniyada daha 36804 nəfər koronavirusa yoluxub –691 nəfər isə ölüb

Böyük Britaniyada son sutkada 36 804 nəfər koronavirusa yoluxub ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 110 314 nəfərə çatıb.

Son sutka ərzində 691 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusa görə ölənlərin ümumi sayı 68 307 nəfər təşkil edir/APA.