XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 00:21

ABŞ Bəşər Əsədin həyat yoldaşına növbəti sanksiya tətbiq edib –Pompeodan açıqlama

ABŞ Suriya prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd və onun yaxınlarına qarşı növbəti sanksiya tətbiq edib.

Bu barədə Dövlət Departamentinin ABŞ Dövlət katibi Mayk Pompeo adından yayımladığı açıqlamada qeyd olunub.

“Dövlət Departamenti, Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə Suriyada mövcud olan münaqişənin siyasi həllini təşviq etmək səylərinə maneə törətdiyinə görə sanksiya tətbiq edir. O, rejimin mənafeyi naminə, sözdə xeyriyyəçilik və sivil təşkilatlar vasitəsilə iqtisadi və siyasi gücün möhkəmləndirilməsi səylərinə rəhbərlik edib” – deyə açıqlamada qeyd olunur.

Sanksiyalar prezidentin həyat yoldaşının ən yaxın dörd qohumuna qarşı da tətbiq ediləcək.