XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 16:33

Gürcüstanda sərt karantin rejimi qaydalarında bəzi dəyişikliklər edilib- Detallar

Gürcüstanda sərt karantin rejimi ilə əlaqədar noyabrın 28-dən tətbiq olunan qaydalarda dəyişikliklər edilib. Dəyişikliklərə əsasən dekabrın 24-dən 2021-ci il yanvarın 2-dək bəzi qaydalar yumşaldılacaq.

Bu barədə Gürcüstan Hökumətinin Dövlət Qurumlararası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara deyilir ki, dekabrın 24-dən yanvarın 2-dək Tbilisi, Rustavi, Kutaisi, Batumi, Qori, Zuqdidi, Poti və Telavi şəhərlərində ticarət obyektləri fəaliyyətlərini bərpa edəcək. Mağazalar saat 07:00-dan saat 19:00-dək işləyəcək və müştəri axınlarına ciddi nəzarət həyata keçiriləcək.

Bundan başqa mehmanxana restoranlarına saat 21:00-dək fəaliyyət göstərməyə icazə verilib.

Bununla belə ictimai nəqliyyatın fəaliyyətinə icazə verilmir.

Xatırladaq ki, koronavirusa yoluxma hallarında artım səbəbindən Gürcüstanda noyabrın 28-dən sərt məhdudiyyətlər tətbiq olunur. Həmin tarixdən etibarən ölkə üzrə ictimai və şəhərlərarası nəqliyyat, ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektlərinin fəaliyyəti dayandırılıb.

Xüsusi rejim gələn ilin fevralın 1-dək qüvvədə qalacaq(azərtac).