XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 19:23

ABŞ Konqresi COVID-19-la bağlı maliyyə yardımı ayrılması barədə qanun layihəsini qəbul edib

ABŞ Konqresi COVID-19-la bağlı 900 milyard dollarlıq yardım paketini və hökumətin 1,4 trilyon dollar həcmində illik maliyyələşdirilməsini nəzərdə tutan irimiqyaslı qanun layihəsini qəbul edib.

Azərtac xəbər verir ki, həcmi 5 min səhifədən artıq olan sənəd ABŞ Nümayəndələr Palatası tərəfindən iki mərhələdən ibarət səsvermənin gedişində qəbul edilib. Qanun layihəsinin birinci hissəsi 327 “lehinə”, 85 “əleyhinə”, ikinci hissəsi isə 359 “lehinə”, 53 “əleyhinə” səslə qəbul edilib. Senat, həmçinin bu qanun layihəsini 92 “lehinə” və 6 “əleyhinə” səslə qəbul edib.

Qəbul edilən sənədlərə hökumətin maliyyələşdirilməsinin bir həftəlik uzadılması barədə qanun layihəsi də daxildir. Bu, hökumətin maliyyələşdirilməsinin bağlanmaması və ABŞ Prezidenti Donald Trampa qanun layihəsini imzalamağa vaxt ayırmaq məqsədilə nəzərdə tutulub. Layihənin əsas və çoxdan gözlənilən komponentlərindən biri əksər amerikalılara 600 dollar həcmində birbaşa ödənişlərin verilməsidir.

2019-cu ilin yekunlarına görə il ərzində qazancı 75 min dollara qədər olmuş şəxslərə 600 dollar ayrılacaq. 2019-cu ildə qazancı 150 min dollaradək olmuş cütlüklərə isə 1200 dollar veriləcək. ABŞ Maliyyə Departamentinin rəhbəri Stiven Mnuçin deyib ki, milyonlarla amerikalının artıq gələn həftə çekləri əldə etməsi mümkün ola bilər. Qanun layihəsinə müvafiq olaraq, həmçinin əməkhaqlarının ödənilməsinin müdafiə edilməsi Proqramına 284 milyard dollar ayrılacaq. Bu proqram pandemiyanın iqtisadi fəsadlarının əlavə işdən çıxarılmalarla nəticələndiyi dövrdə biznesə iş yerlərini qoruyub saxlamağa kömək edir.