XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 19:44

Çin yanvarın 1-dən 883 növ məhsulun idxal rüsumunu azaldacaq

Çin hökuməti gələn ilin yanvar ayından başlayaraq 883 növ məhsulun idxal rüsumunu aşağı salacaq.

Azərtac Çin KİV-lərinə istinadla xəbər verir ki, bu barədə ÇXR Dövlət Şurası nəzdində fəaliyyət göstərən Gömrük Tarifləri Komitəsi məlumat yayıb.

Dərc olunan siyahıda nadir metallar, tibbi preparatların istehsalı üçün xammal, dərman preparatları, ağac emalı sənayesi məhsulları, detallar, ehtiyat hissələri, avtomobil və aviasiya sənayesi üçün avadanlıqlar yer alıb. Həmçinin siyahıya mobil rabitə baza stansiyaları, peyk, mobil və internet rabitəsi üçün avadanlıqlar, elektron informasiya daşıyıcıları, naviqasiya cihazları daxildir.

Eyni zamanda, bəzi istehlak məhsullarının – videokamera və digər məişət texnikalarının, kişi və qadın geyimlərinin də idxal rüsumları azaldılacaq.