XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 20:01

Avropa İttifaqı Ermənistana 24 milyon avro yardım ayırıb

Avropa İttifaqı koronavirusa qarşı mübarizə üçün Ermənistana 24 milyon avro ayırıb.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı qurumun Yerevandakı nümayəndəliyi yayıb.

İttifaq “Orta vədəli sosial-iqtisadi bərpa proqramı” əsasında bu qərarı qəbul edib. Bu yardım Ermənistanla Avropa İttifaqı arasında imzalanan “COVID-19-a qarşı müqavilə”də nəzərdə tutulub.

24 milyon avro məbləğində yeni qrant İttifaqın rəsmi Yerevana ayırdığı iqtisadi və maliyyə vəziyyətin yaxşılaşdırılması ilə bağlı 92 milyon avroluq yardımın tərkib hissəsidir.