XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Dekabr 2020 - 20:14

İran səfiri:"Azərbaycan dövləti və xalqının qazandığı son qələbə münasibətilə sevinc hissi keçirirəm"

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Bu barədə APA-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

“Möhtərəm cənab Prezident!

İcazənizlə, dost və qardaş ölkə olan Azərbaycan Respublikasının dövləti və xalqının qazandığı son qələbə münasibətilə sevinc hissləri keçirdiyimi bildirməklə, Zati-alinizi ad gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm, İran İslam Respublikasının dövləti və xalqı adından ölkələrimiz arasındakı dostluq və qardaşlığın, eləcə də ikitərəfli əlaqələrin bundan sonra daha da genişlənəcəyini vurğulayıram. 

Sonda fürsətdən istifadə edərək, Uca Tanrıdan Zati-alinizə, möhtərəm ailə üzvlərinizə və Azərbaycan Respublikasının xalqına möhkəm can sağlığı, xoşbəxtlik və xoş günlər arzulayıram”, – deyə təbrikdə bildirilib.