XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 10:33

Cənubi Koreya “Pfizer” və “Janssen” şirkətlərindən vaksinlər alacaq

Cənubi Koreya “Pfizer” və “Janssen” şirkətləri ilə yeni növ koronavirusa (COVİD-19) qarşı vaksinlərin tədarükü ilə bağlı müqavilələr imzalayıb.

Trend-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreyanın baş naziri Çon Se Gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, “Pfizer” şirkətindən 10 milyon nəfərin vaksinasiyası üçün, “Janssen” şirkətindən isə 6 milyon nəfərin vaksinasiyası üçün vaksinlər alınacaq.

Qeyd edilir ki, Cənubi Koreya ümumilikdə koronavirusa qarşı vaksinlərin tədarükü ilə bağlı 4 xarici şirkətlə müqavilə imzalayıb. Bu müqavilələr əsasında ölkəyə gətiriləcək vaksinlər 44 milyon nəfərin vaksinasiya olunmasını təmin edəcək.