XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 10:43

Afrikada koronavirusdan ölənlərin sayı 60 min nəfəri ötüb- ÜST

Afrikada son 48 saat ərzində yeni növ koronavirusa (COVİD-19) 36 130 yoluxma halı qeydə alınıb.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə regional bölməsindən bildiriblər.

Məlumata əsasən, koronavirusa yoluxanların ümumi sayı 2 542 653 nəfərə çatıb. Bildirilir ki, son 48 saatda burada 1 147 nəfər koronavirusdan ölüb.

Hazırkı dövrədək Afrikada koronavirusdan 60 176 nəfər ölüb, 2,1 milyon nəfər isə sağalıb.