XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 10:55

Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə namizədini açıqlayacaq

ABŞ-ın yeni seçilmiş prezidenti, demokrat Cozef Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə namizədini dekabrın 25-dən sonra açıqlayacaq.

Trend-in “TASS”a istinadən verdiyi məlumata görə, C.Bayden bu vəzifəyə Devid Koen, Tom Donilon, Lisa Monako və Darrel Blokeri təklif edə bilər.

Bildirilir ki, C.Bayden öz administrasiyasında bir çox vəzifəyə, o cümlədən ədliyyə naziri, əmək naziri və ticarət naziri vəzifələrinə namizədlərini açıqlamayıb.