XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 14:35

Ukraynada koronavirus:yoluxanların sayı 1 milyonu ötüb

Ukraynada yeni növ koronavirus (COVID-19) infeksiyasına daha 11 490 yoluxma halı qeydə alınıb, 223 nəfər vəfat edib, 15 775 nəfər isə sağalıb.

APA-nın xəbərinə görə, bu barədə bu gün Ukraynanın səhiyyə naziri Maksim Stepanov “Facebook”da bildirib.

Onun sözlərinə görə, pandemiya başlayandan bəri ölkədə koronavirusa yoluxanların sayı 1 001 132 nəfərə çatıb.

Nazir qeyd edib ki, Ukraynada COVID-19-dan sağalanların sayı 631 435 nəfər, xəstəlikdən ölənlərin sayı isə 17 395 nəfər təşkil edir.