XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 15:48

Paşinyanın istefası tələbi ilə keçirilən aksiyada 70-ə yaxın şəxs saxlanılıb –Xəsarət alanlar var

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqdə iştirak edən 69 nəfəri saxlayıb.

Bu barədə “news.am” Ermənistan polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Səhər saatlarından etibarən aksiya iştirakçıları polisin qanuni tələbinə məhəl qoymayaraq, paytaxt İrəvan şəhərinin mərkəzində yerləşən hökumət evinin girişini bağlayıblar. Belə olan halda isə polis əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, xəsarət alanların olduğu bildirilir.

Qeyd edək ki, aksiyanın təşkilatçısı Ermənistanın “Vətənin Xilası Naminə Hərəkatı”dır. (apa)