XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 16:21

Rusiya XİN-dən 1 milyon ABŞ dolları oğurlanıb –KİV

Rusiya Xarici İşlər Nazirliyinin Moskvadakı əsas binasından müxtəlif valyutalarda 1 milyon dollardan çox pul vəsaiti qanunsuz yolla çıxarılıb.

Bu barədə REN TV məlumat yayıb.

İtkinin aşkarlanmasından dərhal sonra Rusiya XİN-in Valyuta və Maliyyə Departamentinin aparıcı ekspert-mütəxəssisi 49 yaşlı Natalya Aqaltsova əsas şübhəli kimi saxlanılıb. Bundan əlavə, Aqaltsovanın bir yerdə yaşadığı 29 yaşlı Vasili Makovoz əlbir şəxs qismində saxlanılıb. Ancaq bir neçə gündən sonra onlar sərbəst buraxılıblar. Amma bir müddət sonra Aqaltsova barəsindəki həbs qətimkan tədbiri ev dustaqlığına dəyişdirilib, Makovoz isə rəsmi olaraq şübhəli olmaqdan çıxıb.

Qeyd olunur ki, İrandan konsulluq xidmətləri müqabilində alınan və diplomatik poçtla Moskvaya çatdırılan 1 066 638 ABŞ dolları məbləğində vəsait oğurlanıb.

Oğurlanmış pulların indi harada olduğu bilinmir.

Aqaltsovanın qonşusu şübhəlinin ondan qutu aldığını, amma qutunun içində nə olduğunu bilmədiyini söyləyib.

Hazırda bu faktla bağlı “Mənimsəmə və ya israf” maddəsi ilə iş aparılır. (report)