“Biz Xalqların Demokratik Partiyasının (HDP) qapadılmasını istəyirik. Bu qərarımızın arxasındayıq. Maliyyə yardımlarının terror təşkilatlarına getməsini, PKK-çıların Türkiyə parlamentində olmasını istəmirik”.
Bunu Türkiyənin Miliyyətçi Hərəkat Partiyasının (MHP) iclasında partiyanın sədri Dövlət Baxçalı deyib.
MHP sədri bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) HDP-nin sabiq sədri Səlahəddin Demirtaşın həbsdən azad edilməsi ilə bağlı qərarını Türkiyə tanımır. (apa)