XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2020 - 20:56

Gürcüstan parlamenti yeni hökumətin tərkibinə etimad göstərib

Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi yeni hökumətin tərkibinə etimad göstərib.

APA-nın yerli bürosunun xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında baş tutan səsvermə zamanı 85 deputat yeni hökumətin lehinə səs verib.

Yerli qanunvericiliyə əsasən, hökumətin parlamentin etimadını qazanması üçün minimum 76 deputatın dəstəyi kifayət edir. Müxalif partiyalar daha əvvəl 10-cu çağırış parlamentə daxil olmaqdan imtina etdiklərini açıqlayıblar. Səsvermə yalnız hakim “Gürcü Arzusu” partiyasının üzvlərinin iştirakı ilə keçirilib.

Qeyd edək ki, Gürcüstanın yeni hökuməti 10 nazirlik və bir dövlət naziri aparatından ibarətdir. Əvvəlki hökumətdən fərqli olaraq yeni hökumətdə bir yeni nazir təmsil olunur. Bu, ədliyyə naziri Qoça Lordkipanidzedir.

Digər nazirlər isə yeni hökumətdə öz vəzifələrində qalıblar. Bunlara xarici işlər naziri David Zalkaliani, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili, daxili işlər naziri Vaxtanq Qomelauri, müdafiə naziri İrakli Qaribaşvili, qaçqınlarla iş, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava, maliyyə naziri İvane Maçavariani, təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli, barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani daxildir.