“Britaniya və Avropa İttifaqı arasında nəhayət ki, saziş əldə olundu”.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bunu Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.
Bunun uzun bir yoldan keçdiyini deyən Ursula von der Leyenin sözlərinə görə, saziş ədalətli və balanslıdır.
Ursula von der Leyen bildirib ki, Aİ və Britaniya uzun illərdir mütəffiqdirlər və iqlim dəyişikliyi, enerji, təhlükəsizlik və nəqliyyat kimi qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığı davam etdirəcəklər.