XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

01 Aprel 2016 - 18:56

Kremldən Ərdoğana cavab gecikmədi:"Rus pilotunu öldürən şəxslər..."

kreml

"Ankara hələ də Su-24-ün vurulmasına və rus pilotunun öldürülməsinə görə üzr istəməyib".

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib. Onun sözlərinə görə, Ərdoğan yalnız təəssüf etdiyini deməklə kifayətlənir:

“İndiyə qədər bilinmir ki, rus pilotunu öldürən türk döyüşçü nə ilə günahlandırılacaq. Rus pilotunu öldürən şəxslər məsuliyyət daşımalıdırlar”(Axar.az).

Qeyd edək ki, bir müddət öncə Vaşinqtonda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara ilə Moksvanın regiondakı problemlərin həlli üçün səylərini birləşdirməli olduğunu bildirib. O, Rusiyanın bütün bunları dəyərləndirəcəyinə ümid etdiyini söyləyib.

Dünən Türkiyə hüquq mühafizə orqanları Rusiya pilotunun ölümündə günahkar bilinən Alparslan Çeliki həbs ediblər.