XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 09:12

Hücumdan ehtiyat edən İran nüvə obyektlərinin müdafiəsini gücləndirib –KİV

İran hazırkı prezident Donald Trampın Ağ Evdən ayrılmazdan əvvəl ABŞ-ın ehtimal olunan raket zərbələrinə qarşı qabaqlayıcı tədbir olaraq nüvə obyektləri ətrafında hava hücumundan müdafiə sistemlərini gücləndirib.

TASS-ın verdiyi xəbərə görə, bu sözləri Küveytin “Al Qabas” qəzeti İran İslam Respublikasındakı “məlumatlı mənbələrə” istinadən yazıb.

“İran ABŞ-la yaşanan gərginlik fonunda və prezident Tramp Ağ Evdən ayrılmazdan əvvəl baş verə biləcək hərbi xarakterli hər hansı qəfil hücumu qabaqlamaq üçün ehtiyat tədbiri kimi nüvə obyektləri yaxınlığında hava müdafiəsini gücləndirir”, – deyə məlumatda qeyd olunub.

Bildirilir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aerokosmik qüvvələrinin zenit kompleksləri və radiolokasiya sistemləri sözügedən obyektlərin qorunmasında yaxından iştirak edir.

“İranın nüvə proqramı üçün həyati əhəmiyyət daşıyan bu obyektlərdə uranın zənginləşdirilməsi prosesini pozmağa yönəlmiş mümkün raket zərbəsinin qarşısını almaq üçün mövcud olan bütün zenit potensialından istifadə olunur”, –  deyə nəşr əlavə edib.

Məlumata görə, Fordodakı nüvə obyekləri yaxınlığında “Bavar-373” və “Kub” böyük radiuslu zenit-raket sistemləri yerləşdirilib. (apa)