XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 14:07

“BMT Təhlükəsizlik Şurası beşliyinin sammitini əyani formatda keçirmək lazımdır” –Lavrov

BMT Təhlükəsizlik Şurası (TŞ) beşliyinin sammitini əyani formatda keçirmək lazımdır.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Gələcək naminə dialoq” forumunda çıxışı zamanı bildirib.

O, BMT Təhlükəsizlik Şurası beşliyinin sammitinin yaxın vaxtlarda keçiriləcəyinə ümid etdiklərini qeyd edib: “Əlbəttə ki, bu sammiti videokonfrans formatında da keçirmək olar. Lakin biz əminik ki, yığılmış problemlərin vacibliyi və mürəkkəbliyi əyani görüş tələb edir. Ümiedirəm ki, biz yaxın vaxtlarda bu sammiti keçirəcəyik”.

Rusiya XİN başçısı BMT TŞ sammitinin əsas vəzifələrindən birinin strateji sabitliklə bağlı vəziyyətin müzakirəsi olacağını vurğulayıb. (apa)