XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 16:05

“Putinin haqqımda dediklərindən məmnunam, o da verdiyi sözə əməl edir” –Ərdoğan

Vladimir Putinin mənim haqqımda düşüncələrindən məmnun oldum. Eyni düşüncəni mən də cənab Putin haqqında ifadə edirəm. O da verdiyi sözə əməl edir”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, Türkiyənin hazırda əlaqələrinin ən yüksək səviyyədə olduğu ölkələrdən biri də Rusiyadır: “Ümid edirəm ki, Rusiya ilə siyasi, hərbi, iqtisadi, mədəni əlaqələrimiz bundan sonra da yüksək səviyyədə davam edəcək”.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya dövlət başçısı ənənəvi illik mətbuat konfransında türkiyəli həmkarının sözünə əməl edən bir adam olduğunu vurğulamışdı. (apa)