XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

25 Dekabr 2020 - 19:38

“Çindən Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək” –Ərdoğan

Çin Xalq Respublikasından (ÇXR) Türkiyəyə ilkin mərhələdə 4,5 milyon doza COVID-19 peyvəndi gətiriləcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, ÇXR ilə əldə edilən razılaşma əsasında Türkiyə ümumilikdə 50 milyon doza peyvənd gətiriləcək.

Türkiyə Prezidenti ölkə əhalisinə koronavirusdan müdafiə üçün peyvənd olunmağı tövsiyə edib. O, özünün də COVID-19-a qarşı peyvənd olunacağını vurğulayıb.

Ərdoğan yeni il bayramı zamanı COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı gələn həftə nazirlərlə birgə iclas keçirəcəyini də qeyd edib. (apa)