XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 18:35

Alimlər koronavirusun gözlənilməz yayılma yolu barədə xəbərdarlıq edib

Cənubi koreyalı alimlər koronavirusun çoxmənzilli evlərdəki havalandırma sistemləri vasitəsilə yayıla biləcəyini müəyyənləşdiriblər.

Azərtac xəbər verir ki, onların müvafiq hesabatı “Science Direct” portalında dərc olunub. Tədqiqata Seul şəhərindəki yaşayış kompleksinin müxtəlif mərtəbələrində yaşayan bir neçə ailənin eyni vaxtda COVID-19 infeksiyasına yoluxması səbəb olub.

Əvvəlcə binanın altıncı mərtəbəsinin sakinləri koronavirusa yoluxub, sonra infeksiya dördüncü və beşinci mərtəbədəki qonşulara keçib. Sonradan 10-cu və 11-ci mərtəbələrin sakinləri də eyni aqibətlə üzləşib. Yoluxanlar bir-biri ilə təmasda olmadıqlarını, onlardan ikisi hətta liftdən belə istifadə etmədiklərini bildirib.

Tədqiqat zamanı məlum olub ki, mənzillərin hamısı ümumi havalandırma sisteminə birləşib. Alimlərin fikrincə, virus mənzillərə hamam otağındakı havalandırma dəlikləri vasitəsilə daxil olub.