XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 18:50

İranda terror qruplaşmasının üzvü edam edilib

İranda terror qruplaşmasının əsas üzvlərindən olan Əbdülhəmid Mirbəluçzi edam olunub. 

APA-nın Tehran bürosunun məlumatına görə, edam olunan şəxs SEPAH üzvlərini öldürməkdə və digər cinayətlərdə ittiham olunur.

Belə ki, o, 2015-ci ildə Sistan və Bəluçistan əyalətinin Kuh Beyrək bölgəsində iki Sepah üzvinə hücum edərək odlu silahla onları öldürüb.

Hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra o, bu gün zindanda edam olunub.