XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 19:39

Dünya əhalisinin təxminən yarısı 2021-ci ili nikbin qarşılayır

Dünya əhalisinin təxminən yarısı (43 faizi) yaxınlaşmaqda olan 2021-ci ilə nikbinliklə baxır. Bununla yanaşı, respondentlərin 26 faizi yeni ildə nəzərəçarpacaq dəyişikliklər gözləmir. Həmçinin rəyi soruşulan insanların 24 faizi və 7 faizi müvafiq olaraq bədbinlər və cavab verməyə çətinlik çəkənlərdir.

Bu barədə məlumat “Gallup International” müstəqil tədqiqat agentlikləri assosiasiyasının 41 ölkədə apardığı “Xoşbəxtlik indeksi” adlı qlobal sorğunun nəticələrində öz əksini tapıb.

Beləliklə, dünyada optimizm indeksi 19 faizə çatıb ki, bu da son üç ildə qeydə alınan maksimum göstəricidir.

Bu il ən nikbin ölkələr sırasına Nigeriya (69 faiz), İndoneziya (66 faiz) və Azərbaycan (65 faiz) daxil olub. Uzun illər ərzində ilk dəfə mənfi zonadan çıxan Böyük Britaniyada optimist əhval-ruhiyyədə yüksəliş qeydə alınıb – 39 faiz. Optimizm səviyyəsinə görə liderlər arasında, həmçinin ABŞ, Finlandiya, Qırğızıstan və Hindistan da var.

Vətəndaşlarının 2021-ci ilə pessimist yanaşdığı ölkələrə isə ənənəvi olaraq İtaliya (-43 faiz) və Honkonq (-34 faiz) başçılıq edir. Bu il onlara Bolqarıstan (–29 faiz) qoşulub. Polşa (-32 faiz) və Çexiya (-19 faiz) vətəndaşları da pessimist əhval-ruhiyyədədir. Həmçinin Tailand, Serbiya, Cənubi Koreya, Türkiyə və Rusiya -13 faizlə mənfi zonada yer alıblar(azərtac).