XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 22:22

Almaniyada peyvənd edilən ilk şəxs 101 yaşlı qadın oldu

Almaniyada 101 yaşlı qadın ölkənin koronavirus əleyhinə peyvənd edilən ilk sakini olub.

“Report” xəbər verir ki, bu barədə “Bild” nəşri bildirib.

Məlumata görə, ona “Pfizer”/”BioNTech” şirkətlərinin vaksini vurulub. Qeyd edək ki, Almaniyada kütləvi peyvənd dekabrın 27-də başlayacaq.

Nəşr yazıb ki, ilk peyvənd edilən qadın Edit Kvoyzalladır. O, Saksoniya-Anxalt federal ərazisindən, Xalberştadtdandır.