XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 22:42

Paşinyanın növbədənkənar seçkilərdən əvvəl istefası tələb edilir:"Satqın istefaya getməlidir"

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərdən əvvəl istefaya getməsini tələb edir.

Trend-in “İzvestiya”ya istinadən verdiyi məlumata görə, “Daşnaktsutyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan N.Paşinyanın istefasını qaçılmaz, növbədənkənar seçkilərin keçirilməsini isə qəbulediməz adlandırıb:

“Siyasi cəsəd yenə də xalqın arxasında gizlənərək, yenə də onları aldatmağa çalışaraq qurtuluş yolları axtarır. Sənin siyasi ölümün artıq bir həqiqətdir, istefan isə qaçılmazdır”.

İ.Saqatelyan qeyd edib ki, N.Paşinyan növbədənkənar seçkiləri inzibati resurslar hesabına təşkil etməyə çalışır:“Bu seçim qəbuledilməzdir. Bir yol var – satqın istefaya getməlidir, bundan sonra isə erməni xalqına azad, ədalətli, şəffaf və rəqabətli seçki keçirmək imkanı verilməlidir”.