XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Dekabr 2020 - 23:48

Ermənistan polisi müharibədə ağır itkilərə məruz qaldığını açıqladı

Sentyabrın 27-də başlanmış ikinci Qarabağ müharibəsində Ermənistanın 65 polis əməkdaşı həlak olub, 6 nəfər itkin düşmüş hesab edilir.

“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə respublika polisi bildirib.

Qeyd edilir ki, polis əməkdaşları müharibədə əsgər kimi xidmət etməyə başlayıblar.

Müharibənin birinci günlərindən Azərbaycanın işğal edilmiş ərazilərinə Ermənistann polis qoşunlarından təxminən 3 000 nəfər göndərilib. Ermənistan polisinin əməkdaşları xüsusən Şuşa yaxınlığındakı döyüşlərdə böyük itkilərə məruz qalıblar.

Müharibədə təkcə polis qoşunlarından 38 nəfər həlak olub, təxminən qırx nəfər yaralanıb.