XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2020 - 09:00

“Əfqanıstandakı seçkilər ABŞ-dakı 2020-ci il seçkilərindən daha yaxşı keçib”-Tramp

ABŞ-ın hazırkı prezidenti Donald Tramp yeni seçilmiş prezident Cozef Baydeni “saxta prezident” adlandırıb. O, ştatlardakı səsverməni isə üçüncü dünya ölkələrində liderlərin seçilməsi prosesi ilə müqayisə edib.

Bu barədə o, “Twitter” hesabında yazıb.

“Əfqanıstanda xidmət edən bir gənc hərbçi mənə dedi ki, Əfqanıstandakı seçkilər ABŞ-dakı 2020-ci il seçkilərindən daha təhlükəsiz və daha yaxşı keçib. Bizim seçkilər poçtla göndərilən milyonlarla və milyonlarla bülletenlərin olduğu seçkilər idi, üçüncü dünya ölkələrində olduğu kimi. Saxta prezident!” – deyə Tramp öz paylaşımında bildirib.

Qeyd edək ki, sosial şəbəkə prezidentin bu paylaşımına poçtla səsvermə prosedurunun təhlükəsizliyinin öyrənilməsi ilə bağlı keçid işarələyib.