XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

27 Dekabr 2020 - 09:30

“ABŞ peyvənd, dərman və qida məhsulları almağımızla bağlı problemlər yaradır” –Ruhani

İran Prezidenti Həsən Ruhani ABŞ-ı Tehranın koronavirus peyvəndi əldə etməsinə əngəl törətməkdə günahlandırıb.

Ruhani bildirib ki, “Vaşinqton Ümumdünya Səhiyyə Təşkilatını qorxutmaqdan da çəkinmir”.

“Amerika Birləşmiş Ştatları bizim üçün peyvənd, dərman və qida məhsulları, eləcə də kənardan almaq istədiyimiz digər mallarla bağlı problemlər yaradır”, – Ruhani belə deyib.

Qeyd edək ki, İranda indiyədək 1 194 963 nəfərdə koronavirus aşkar olunub, 942 548 nəfər müalicə olunaraq sağalıb, 54 574 nəfər isə bu virusdan ölüb.