XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Dekabr 2020 - 09:42

Avropa ölkələri koronavirusa qarşı vaksinasiyaya başlayır –Təfərrüat

 

Avropa ölkələrində epidemioloji vəziyyətin pisləşməsi səbəbindən sərtləşdirilmiş məhdudiyyətlər fonunda koronavirusa qarşı “Pfizer”/”BioNTech” birliyinin istehsalı olan təsdiqlənmiş ilk peyvəndin tətbiqinə başlanılır.

Avropa Komissiyası peyvəndləmə prosesinin tətbiqinə 27-29 dekabr tarixlərində başlanılacağına ümid edirdi.

Eyni zamanda, bu prosesin nə zaman başlanılmasına birlik ölkələrinin özləri qərar verir. Bildirilir ki, bir çox dövlətlər peyvəndləməyə bu bazar başlamağı planlaşdırıb. Onların arasında Almaniya, Fransa, İtaliya, İspaniya, Yunanıstan, Avstriya, Estoniya, Litva, Polşa, Bolqarıstan var. Misal üçün, İrlandiyada peyvəndlərin tətbiqi 30 dekabr, Belçikada isə 28 dekabr tarixində planlaşdırılır.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, bu dərman bütün Aİ ölkələri üçün eyni vaxtda və eyni şərtlərlə əlçatan olacaq. Aİ ilə müqaviləyə görə, “Pfizer”/“BioNTech” 200 milyon doza, ehtiyac yaranarsa, əlavə 100 milyon doza vaksin tədarük edəcək. Birliyin 27 dövlətinin ümumi əhalisi isə təxminən 450 milyon nəfərdir.