XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2020 - 18:01

Səudiyyə Ərəbistanının Energetika naziri:"Səudiyyə Ərəbistanında yeni neft və qaz yataqları kəşf edilib"

Səudiyyə Ərəbistanının Energetika naziri, şahzadə Əbdül Əziz bin Salman “Saudi Aramco” şirkəti tərəfindən ölkədə dörd yeni neft və qaz yatağının kəşf edildiyini bildirib.

Neft yataqlarından biri Dahran şəhərindən şimal-qərbə, ölkənin şərqində kəşf edilib, ikinci yataq Rafha şəhərindən şimal-qərbə, İraqla sərhəd ərazidə tapılıb.

Qaz ehtiyatları isə Qavar neft yatağından cənub-qərbdə, Əl-Minahaz quyusunda kəşf edilib.

Nazirin sözlərinə görə, “Saudi Aramco” yataqların həcmlərinin müəyyənləşdirilməsi və neftin, qazın, kondensatın miqdarının qiymətləndirilməsi işini davam etdirir. /Report