XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2020 - 00:02

Çində şok olay:naməlum şəxs 7 nəfəri bıçaqlayaraq öldürüb, daha 7 nəfəri yaralayıb

Çinin şimal-şərqində yerləşən Liaoninq vilayətinin Kaiyuan şəhərində naməlum şəxs bıçaqla insanlara hücum edib. 

“Sinxua”nın verdiyi məlumatına görə, hadisə nəticəsində 7 nəfər aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

Daha 7 nəfərin yaralandığı bildirilir.

Yerli polisin məlumatına görə, hadisəni törədən şəxs həbs olunub, lakin cinayətin təfərrüatı barədə açıqlama verilməyib.

Agentliyin məlumatına görə, Çində belə hadisələrə nadir hallarda rast gəlinir: “Bu cür hadisələr ya psixi cəhətdən xəstə insanlar tərəfindən törədilir, yaxud da qisas məqsədilə”.

Cinayətkarın zərərsizləşdirilməsi zamanı bir polis zabitinin yaralandığı bildirilib/APA.