Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 538 yoluxma halı qeydə alınıb, 41 nəfər ölüb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 222 143 , ölənlərin sayı isə 2 418 nəfərə çatıb.
Virusa yoluxanlardan 206 313 nəfərin sağaldığı bildirilir. (apa)