XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2020 - 18:39

Aİ-yə üzv ölkələrin daimi nümayəndələri “Brexit” ticarət sazişini təsdiqləyib –Sebastian Fişer

Avropa İttifaqına (Aİ) üzv ölkələrin təşkilatdakı daimi nümayəndələri post-“Brexit” ticarət sazişini təsdiqləyib.

“Independent”in verdiyi xəbərə görə, bu barədə Aİ-nin Daimi Nümayəndələr Komitəsinin sözçüsü Sebastian Fişer bildirib.
“Daimi nümayəndələr yekdilliklə Britaniya ilə Ticarət və Əməkdaşlıq Sazişinin 1 yanvar 2021-ci il tarixindən etibarən tətbiqini təsdiqləyiblər”, – deyə o vurğulayıb.
Bunun ardınca isə prosedur qaydalarına uyğun olaraq üzv ölkələrin hər biri rəsmi təsdiq məktubu göndərəcək. Bu isə o deməkdir ki, Avropa Parlamenti fevraladək bu sazişi təsdiqləməsə belə Ticarət Sazişi yanvarın 1-dən qüvvəyə minəcək. (apa)