XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Dekabr 2020 - 22:43

Təbii fəlakətlərin yetirdiyi zərər açıqlandı –Hesabat

2020-ci ildə dünyada əlverişsiz havalarla bağlı baş vermiş təbii fəlakətlər 150 milyard ABŞ dollarna başa gəlib.

“The Guardian” xəbər verir ki, bu barədə “Christian Aid” (xristian yardımı) xeyriyyə təşkilatının hesabatında bildirilir.

Sənədə görə cari ildə əlverişsiz havaların mənfi nəticələri ötən ildəkini üstələyərək iqlim isinməsinin uzunmüddətli fəsadlarının trendini ortaya qoydu.

Bütövlükdə 2020-ci ildə əlverişsiz havaların fəsadları nəticəsində dünyada azı 3 500 nəfər həlak olub, 13,5 milyon sakin isə yurd-yuvasını tərk etməli olub. O cümlədən Atlantik okeanı hövzəsində rekord sayda qeydə alınmış qasırğalar nəticəsində azı 400 nəfər ölüb və 41 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib. Bu kimi qasırğaların qarşıdakı dövrdə daha da artacağı güman edilir.

Qeyd edək ki, XIX əsrin sonundan bu yana dünyada orta hava hərarətinin azı 1,1 dərəcə artdığı, bunun əsas etibarilə son 50 il ərzində özünü göstərdiyi də diqqətə çatdırılıb. (report)