XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 09:25

Maduro:"Kolumbiya Venesuelaya qarşı yeni hücumlar hazırlayır"

Venesuala Prezidenti Nikolas Maduro bildirib ki, Kolumbiyada onun ölkəsinə qarşı yeni hücumlar hazırlanır.

Dövlət başçısı belə iddia ilə özünün tvitterdəki hesabında yayım zamanı çıxış edib.

O, qeyd edib ki, qarşı tərəfin hücumu Venesuelanın hərbçilərinə qarşı yönəldilib: “Kolumbiyadan ilin sonunda ölkənin hərbçilərinə qarşı təlim görmüş muzdlularla, İvan Duke (Kolumbiya prezidenti-red) tərəfindən maliyyələşmə ilə hücumlar hazırlanır”.

Daha əvvəl də Venesuela lideri bildirib ki, Kolumbiyada Venesuelaya hücumlar məqsədilə yeni silahlılar hazırlayırlar.

“Kolumbiyada muzdluların yeni qrupları formalaşdırılır. Bizdə onların adları, soyadları, yerləri, təşkilatçıları və həmin şəxsləri kimin gizlətməsi haqqında məlumatlar var. Yenidən hamı İvan Dukeni göstərir”, – o, bildirib/Report.