XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 11:06

Əli Şamxani:"İran Ermənistanla çətin şəraitdə əməkdaşlığı genişləndirməyə hazırdır"

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani Ermənistan səfiri Artaşes Tumanyanla görüşüb.

Məlumata görə, görüşdə Ermənistan səfiri Ə. Şamxaniyə Ermənistan və Dağlıq Qarabağda mövcud vəziyyət, eyni zamanda bölgədə cərəyan edən proseslər barədə məlumat verib.

Stabil və davamlı sülhün bərqərar olması üçün İran İslam Respublikasının mövqeyini vurğulayan Ə. Şamxani, İranla Ermənistan arasında, xüsusən də bu ölkədə yaranan çətin şəraitdə əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirib/APA.