XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Aprel 2016 - 10:54

İnterpoldan təklif:"Terrora qarşı qlobal informasiya şəbəkəsi yaradılmalıdır"

Terrorizmə qarşı mübarizədə qlobal informasiya şəbəkəsinin yaradılması qaçılmazdır.

Bu fikri Beynəlxalq Polis Təşkilatı – İnterpolun rəhbəri Yürqen Ştok “Fokus” xəbər jurnalına verdiyi müsahibədə bildirib.

“Terrorun indiki qədər hələ heç vaxt görünməmiş qlobal ölçüyə gəlib çatması tələb edir ki, İnterpola üzv olan 190 ölkə informasiyaları yerləşdikləri qitənin hüdudlarını aşaraq intensiv şəkildə öz aralarında paylaşsınlar”, – deyən Y. Ştok bildirib ki, belə olan halda, terrorçuların hərəkət marşrutu və saxta pasportlar barədə məlumatları vaxtında əldə etmək xeyli asanlaşacaq. O, ayrı-ayrı dövlətlərin qlobal miqyas almış bu təhlükəyə qarşı təkbaşına mübarizə aparmaq gücündə olmadığını da qeyd edib.

Üzv dövlətləri İnterpolun mövcud məlumat bankından daha çox istifadə etməyə çağıran Y. Ştok bir sıra ölkələrin bu sahədə əməkdaşlığa ehtiyatla yanaşdığını vurğulayıb. Bəzi dövlətlərin milli qanunvericiliyi və ya təhlükəsizlik orqanlarının həssas məlumatların paylaşılmasına qoyduğu veto, eyni zamanda, bir sıra ölkələrin təhlükəsizlik qurumlarının öz “eksklüziv” biliklərini digər ölkələrlə bölüşməkdə maraqlı olmaması vəziyyəti mürəkkəbləşdirir.

Hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında regional və ikitərəfli əməkdaşlığın terrora qarşı mübarizədə yetərli olmadığına diqqət çəkən İnterpol rəhbəri mümkün qədər çox dövlətin iştirakı ilə qlobal informasiya şəbəkəsinin yaradılmasının zəruriliyini bir daha qeyd edib(azərtac).