XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 22:27

İran COVID-19-a qarşı peyvəndin sınağına başlayıb –İlk mərhələdə 56 könüllü peyvənd olunacaq

İranda daxili istehsalın məhsulu olan koronavirusa qarşı peyvəndin könüllülər üzərində sınaqlarının ilk mərhələsi başlayıb.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumata görə, sınaqlar Tehranda aparılır, sınaqların birinci mərhələsində 56 könüllüyə peyvənd vurulacaq. Ümumilikdə təxminən 60 min müraciət təqdim edilib.

Qeyd olunur ki, sınaqların başlanması ilə bağlı keçirilən mərasimdə ölkənin elm və texnologiya üzrə vitse-prezidenti Sorena Səttari, səhiyyə və tibbi təhsil naziri Səid Namaki iştirak edib. Test texnologiyası İran Qida və Dərman Vasitələri İdarəsi və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiq edilib/Report.