XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Dekabr 2020 - 19:05

Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadıldı –Parlament qərar verdi

Gürcüstan hökumətinin pandemiya dövründə ölkədə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti 6 ay müddətinə uzadılıb.

Strateq.az Repoort-a istinadla xəbər verir ki, Gürcüstan parlamenti “İctimai sağlamlıq” haqqında qanuna düzəlişləri yekdilliklə dəstəkləyib.

Düzəlişlərə əsasən, hökumət 2021-ci ilin iyulun 1-dək məhdudlaşdırıcı tədbirləri həyata keçirmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, cari ilin iyulunda hökumətə bu səlahiyyət 2021-ci ilin yanvarın 1-dək verilmişdi.